...

Müxalifətin seçki komissiyaları ilə bağlı təklifinə Parlamentdə baxıla bilər

Siyasət Materials 31 Mart 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı müxalifət partiyalarının irəli sürdüyü təkliflər Milli Məclisdə müzakirə oluna bilər. "Avropa Şurasının Venesiya Komissiyasının sonuncu iclasında Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakrə edilən zaman Prezidentin İcra Aparatının rəsmi nümayəndəsi bildirdi ki, seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı siyasi partiyaların irəli sürdükləri təkliflər müzakirə olunmaq üçün Parlamentə göndəriləcək. Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər Parlamentdə müzakirə olunan zaman seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı siyasi partiyaların irəli sürdüyü təkliflərə baxıla bilər" - deyə bazar ertəsi jurnalistlərə açıqlamasında Venesiya komissiyasının üzvü Lətif Hüseynov məlumat verib.

Azərbaycanın seçki komissiyaları Parlamentdə çoxluq təşkil edən, azlıqda qalan siyasi partiyaların və bitərəf deputatların nümayəndələrindən formalaşdırılır. Mərkəzi Seçki Komissiyasının 18 nəfər üzvü var. Müxalifət partiyaları isə seçki komissiyalarının hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılmasını tələb edir.

Hüseynovun sözlərinə görə, Azərbaycan hökumətinin Venesiya Komissiyasına təqdim etdiyi layihədə seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı müddəa yoxdur: "Azərbaycan hökuməti hesab edir ki, seçki komissiyalarının indiki tərkibi ilə demokratik seçki keçirmək mümkündür. Avropa Şurası isə seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı hər hansı təklif irəli sürməyib" - deyə Hüseynov bildirib.

Xəbər lenti

Xəbər lenti