...

Türkdilli ölkələrin parlament sədrlərinin görüşü təxirə salınıb

Siyasət Materials 2 Aprel 2008 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel mart/ Trend , müxbir İ.Əlizadə/ Türkdilli ölkələrin parlament sədrlərinin mayın sonunda Ankarada keçirilməsi planlaşdırılan toplantısı təxirə salınıb. "Türkdilli ölkələr toplantının iyun ayında keçirilməsini təklif edirlər. Azərbaycan isə görüşün iyulda keçirilməsində təkid edir. Çünki iyun ayında Azərbaycan Parlamentinin 90 illik yubleyi ilə bağlı tədbirlər keçiriləcək. Sədrin iş qrafiki gərgindir və xarici ölkyə səfər etməyə imkan vermir", - deyə çərşənbə günü Trend a açıqlamasında Milli Məclis rəhbərliyi katibliyinin rəisi Səyyad Ələsgərov məlumat verib.

Türkdilli ölkələrin parlament sədrlərinin görüşündə Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması haqqında sənədin imzalanacağı gözlənilir. Artıq Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələri Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı niyyət protokolu imzalayıblar və bütün məsələlər razılaşdırılıb. Türkmənistan və Özbəkistian Parlament Assambleyasının yaradılmasında iştirak etməkdən imtina edib.

"Parlament sədrlərinin toplantısının hansı tarixdə keçirilməsi məsələsi Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması üzrə İşçi Qrupun bir necə gün əvvəl Astanada baş tutan iclasında da genişi müzakirə olundu. Lakin razılıq əldə etmək mümkün olmadı", -deyə katibliyin rəisi əlavə edib. Ələsgərovun sözlərinə görə, Azərbaycan tərəfi aprelin 10-dək parlament sərdlərinin görüşü ilə bağlı dəqiqləşdirilmiş mövqeyini digər türkdilli ölkələrə göndərməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti