...

Azərbaycan prezidenti Ramiz Mehdiyevi "İstiqlal" ordeni ilə təltif edib

Siyasət Materials 17 Aprel 2008 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin bu gün 70 yaşı tamam olur.

Sonsuz təşkilatçılıq qabiliyyəti və problemlərin həllinə elmi yanaşmaları sayəsində Ramiz Mehdiyev artıq uzun illərdir ki, respublika miqyaslı mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlir və Azərbaycan dövlət elitasında Heydər Əliyev yetirmələrinin ən parlaq nümayəndələrindəndir. Siyasi fəaliyyəti ilə yanaşı, Ramiz Mehdiyev elmi dairələrdə də öz işləri və əsərləri ilə böyük şöhrət qazanıb. Trend Xəbərlər Şirkətinin kollektivi Ramiz Mehdiyevi yubiley münasibəti ilə təbrik edir və ona can sağlığı və dövlətçiliyin möhkəmlənməsi istiqamətində müvəffəqiyyətlər arzulayır!

Xəbər lenti

Xəbər lenti