...

Azərbaycan prezidenti ABŞ dövlət katibi müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 22 Aprel 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 22-də Prezident sarayında ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Ruben Cefrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Əliyev Azərbaycan və ABŞ arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini söyləyib.

Cefri Azərbaycana səfərinin məqsədinin iqtisadiyyatın müxtəlif sahələrini və strukturlarını təmsil edən nümayəndələrlə görüşlər və müzakirələr aparmaqdan ibarət olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla ABŞ arasında iqtisadiyyat, energetika və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti