...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 23 Aprel 2008 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 22-də saat 14.15-dən aprelin 23-ü saat 01.25-dək ara-sıra Ermənistan Respublikası Berd, İcevan və Noyemberyan rayonları sahəsində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki mövqelərini, saat 14.35-dən 14.45-dək və aprelin 23-də saat 07.10-dan 07.20-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 14.45-dən 22.50-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 21.50-dən aprelin 23-ü saat 00.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.45-dən 22.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən aprelin 23-ü saat 00.35-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti