...

McDermott Caspian Contractors Xəzərin şimal hissəsində boru kəmərinin düzülməsinə başlayıb

Siyasət Materials 29 Aprel 2008 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel/ Trend / "Xəzərdənizneftdonanma"ya (XDND) məxsus Azərbaycanın "İsrafil Hüseynov" borudüzən gəmisi Xəzərin şimalında yerləşən "Yuri Korçaqin" yatağında boru kəmərinin çəkilməsinə başlayıb. Bu barədə XDND-nin tərkibinə daxil olduğu ARDNŞ-ın çərşənbə axşamı yayılan məlumatında deyilir.

İşlər suyun 11- 20 m dərinliyində aparılır. İşlərin mayın 25-ə kimi başa çatdırılması nəzərdə tutulub.

"Yuri Korçaqin" yatağının işlənilməsi ilə "LUKoil-Nijnevoljskneft" şirkəti məşğul olur. "İsrafil Hüseynov" borudüzən gəmisindən borunun çəkilməsi ilə McDermott Caspian Contractors İnc. məşğul olur.

Boru kəmərinin diametri 325 mm, uzunluğu isə 57,86 km təşkil edir.

Xəbər lenti

Xəbər lenti