...

Azərbaycan prezidenti Harvard Universitetinin professorunu qəbul edib

Siyasət Materials 16 May 2008 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend / Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da ABŞ-ın Harvard Universitetinin professoru Cozef Nayı qəbul edib.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən professor Nay bildirib ki, səfərinin əsas məqsədi Azərbaycandakı proseslərlə yaxından tanış olmaq və ölkə ilə bağlı daha geniş informasiya əldə etməkdir.

Prezident Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı Əliyev Nayın Azərbaycanla yaxından tanış olması üçün səfərin yaxşı imkan yaradacağına əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti