...

Azərbaycan prezidenti Ukraynanın müdafiə naziri başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Siyasət Materials 2 İyun 2008 22:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın müdafiə naziri Yuri Yexanurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Kiyevə bu yaxınlardakı səfərini məmnunluqla xatırlayaraq, Ukrayna Prezidenti ilə keçirdiyi səmərəli görüşlərin əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, qonağın səfəri ölkələrimizin müdafiə nazirlikləri arasında da əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəkdir.

Nazir Yuri Yexanurov Ukrayna Prezidenti Viktor Yuşşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidentinin Ukraynaya səfərinin uğurla keçdiyini vurğuladı. Qonaq Azərbaycanın və Ukraynanın müdafiə nazirlikləri arasında əlaqələrin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev Ukrayna Prezidenti Viktor Yuşşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukraynanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti