...

Azərbaycan prezidenti İslam Konfransı Təşkilatının baş katibini qəbul edib

Siyasət Materials 11 İyun 2008 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü İslam Konfransı Təşkilatının Baş katibi İkmaləddin İhsanoğlunu qəbul edib.

Görüşdə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən danışılıb, belə bir tədbirin ölkəmizdə keçirilməsi YUNESKO və İSESKO kimi nüfuzlu təşkilatların Azərbaycana olan hörmətinin və bu istiqamətdə ölkəmizdə həyata keçirilən işlərə verilən qiymətin əlaməti kimi dəyərləndirilib.

Xəbər lenti

Xəbər lenti