...

"Azadlıq" bloku müxalifətin birliyinin əleyhinə çıxır - müxalifətçi lider

Siyasət Materials 23 İyun 2008 15:28 (UTC +04:00)
"Azadlıq" bloku müxalifətin birliyinin əleyhinə çıxır - müxalifətçi lider

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir E.Babaev/ Azərbaycanın iki müxalif qurumu olan "Beşlər" formatı ilə "Azadlıq" blokunun əməkdaşlığı baş tutmayacaq. "Son vaxtlar çox çalışmışıq ki, "Azadlıq" bloku ilə bir yerdə olaq və ən azı müxalifətin 7-8 partiyasının təmsil olunduğu daha güclü bir qurum yaradaq. Ancaq bu birlik "Azadlıq" blokunun günahı ucbatından baş tutmur və onlar qəti şəkildə bu birliyin əleyhinə çıxış edirlər", bazar ertəsi "Beşlər" formatında təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Trend -un arayışı: "Beşlər" formatı müxalifətin birgə toplantısının keçirilməsi məqsədilə "Azadlıq" blokuna müraciət etmişdi.

Cəlaloğlu vurğulayıb ki, müxalifətin birliyi şəxsi kaprizlər səbəbindən baş tutmur. "Ayrı-ayrı zamanlarda mənim Müsavat başqanı İsa Qəmbərlə münasibətlərim həddindən artıq pis olub. Amma milli maraqlar tələb etdikdə, onunla bir yerdə oturub çox rahat şəkildə əməkdaşlıq etmişəm. "Azadlıq" bloku isə münasibətləri milli maraqlar üzərində deyil, kiminsə şəxsi münasibətinə görə qurur", - deyən Cəlaloğlunun sözlərinə görə, ADP-nin də "Azadlıq" bloku kimi prezident seçkilərini boykot etmək ehtimalı artıb. "Amma biz seçkidə iştirak etməsək belə, bunun "Azadlıq" bloku ilə yaxınlaşmağımıza təsiri olmayacaq. Bizim aramızda strateji mövqe fərqləri var", - ADP sədri əlavə edib.

"Azadlıq" blokunun üzvü olan AXCP-nin sədr müavini Həsən Kərimov isə jurnalistlərə bildirib ki, "Beşlər" formatında təmsil olunan siyasi qüvvələr birmənalı şəkildə boykot qərarı versələr, əməkdaşlıq məsələsi nəzərdən keçirilə bilər. İndiki halda isə əməkdaşlıq mümkün deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti