...

Azərbaycan parlamentinin Gəncədə xüsusi iclası keçiriləcək

Siyasət Materials 24 İyun 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin yaranmasının 90 illik yubileyi ilə bağlı dekabr ayında ölkənin ikinci böyük şəhəri olan Gəncədə parlamentin xüsusi iclası keçiriləcək. "Hazırda bu məsələ üzərində işləyirik", - deyə parlamentin çərşənbə axşamı keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Trend -un arayışı: Azərbaycanda ilk parlament 1918-ci ildə yaradılıb. 1918-ci il may ayının 28-də Tiflisdə ilk müstəqil respublika - Azərbaycan Demokratik Respublikası (ADR) elan olunub. 1918-ci il dekabrın 7-də ilk parlament fəaliyyətə başlayıb.

İyunun 19-da Azərbaycan parlamentinin yaradılmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Yubiley tədbirlərində 41 ölkənin parlament nümayəndə heyəti iştirak edib, onlardan 9-u parlament sədri, 12-si vitse-spikerlərin başçılıq etdiyi nümayəndə heyəti olub. Yubileylə əlaqədar parlamentin xüsusi iclası keçirilib.

Parlamentdə müxalifəti təmsil edən "Müsavat" deputat qrupunun üzvü Nəsib Nəsibli təklif edib ki, dekabr ayına qədər Azərbaycan parlamentinin tarixini əks etdirən xatirə lövhəsi yaradılsın.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti