...

Azərbaycanda Polis Günü münasibətilə parad keçirilib (video)

Siyasət Materials 2 İyul 2008 14:52 (UTC +04:00)
Azərbaycanda Polis Günü münasibətilə parad keçirilib (video)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan polisinin yaranmasının 90-cı ildönümü münasibətilə çərşənbə günü Polis Akademiyasında parad keçirilib.

Daxili işlər orqanlarının bütün qoşun növlərinin iştirakı ilə keçirilən paradda Daxili İşlər Nazirliyi və Daxili Qoşunların müdafiə vasitələri nümayiş etdirilib.

Daxili işlər orqanlarının yaradılmasının 90 illiyi və Polis Akademiyasında buraxılışla əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidentinin təbrik məknubu oxunub.

Prezident təbrik məktubunda polisin cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və digər vəzifələrinin öhdəsindən layiqincə gəldiyi, daxili işlər orqanları əməkdaşlarının torpaqlarımızın azadlığı uğrunda mübarizədə göstərdiyi fədakarlıq vurğulanıb.

İnsan hüquq və azadlıqlarının qorunmasının polisin əsas vəzifələrindən birinə çevrildiyini diqqətə çatdıran ölkə başçısı polisin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görüldüyünü və bu işin davam etdiriləcəyini bildirib.

Tədbirdə nazirin əmri ilə mükafatlandırılan daxili işlər orqanlarının bir qrup əməkdaşına mükafatlar təqdim olunub, Polis Akademiyasını əla qiymətlərlə bitirən 5 məzununa fərqlənmə diplomları və polis baş leytenantı rütbəsi təqdim olunub.

1918-ci ildə ADR hökumətinin tərkibində Daxili İşlər Nazirliyi fəaliyyətə başlayıb. Azərbaycan polisi Qarabağ uğrunda gedən döyüşlərdə 932 şəhid verib.

Döyüşdə göstərdikləri şücaətə görə daxili işlər orqanlarının 66 əməkdaşı Milli Qəhrəman, 247 nəfəri "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti