...

ATƏT Azərbaycanın icra strukturlarını prezident seçkisinə müdaxilə etməməyə çağırıb

Siyasət Materials 9 İyul 2008 12:54 (UTC +04:00)
ATƏT Azərbaycanın icra strukturlarını prezident seçkisinə müdaxilə etməməyə çağırıb

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir E.Babayev/ ATƏT hesab edir ki, Azərbaycanda keçiriləcək prezident seçkisinə icra strukturlarının müdaxiləsi yolverilməzdir.

"İcra hakimiyyətlərinin seçkidə rolu düzgün izah olunmalıdır. Səsvermə prosesinə, səslərin sayılmasına icra strukturlarının müdaxiləsi yolverilməzdir", Trend -un məlumatına görə, çərşənbə günü Bakıda icra hakimiyyəti rəhbərləri və dairə seçki komissiyaları sədrləri üçün seçki prosesinə müdaxiləyə dair keçirilən seminarda ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər.

İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

ATƏT-in Bakı ofisi, Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakıda icra hakimiyyəti rəhbərləri və dairə seçki komissiyaları sədrləri üçün seçki prosesinə müdaxiləyə dair seminar işinə başlayıb. Seminarlar 9-10 iyul tarixində Bakıda, 11 iyul tarixində Gəncədə, iyulun 14-də isə Şirvanda keçiriləcək.

Herrero deyib ki, ATƏT-in əsas məqsədi azadvə şəffaf seçkilərin əsas prinsiplərini qeyd etmək, seçki prosesinə müdaxilənin qarşısının alınmasının vacibliyini vurğulamaqdır. Diplomat xatırladıb ki, Azərbaycanda əvvəlki seçkilərdə seçki komissiyalarının işinə əhəmiyyətli dərəcədə müdaxilə olunub.

"Seçki Məcəlləsinin tələbləri icra strukturlarına izah olunmalıdır. Bütün partiyaların namizədlərinə icra strukturları bərabər yanaşmalıdırlar və onların sərbəst toplaşmaq hüququna əməl edilməlidir", ATƏT-in Bakı Ofisinin rəhbəri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti