...

Hərbi infrastrukturun bərpasında Gürcüstana "ciddi yardım edəcəklər" - müdafiə nazirinin müavini

Siyasət Materials 27 Avqust 2008 20:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Gürcüstanın Müdafiə Nazirliyi Rusiya hərbçilərinin dağıtdığı hərbi infrastrukturun bərpasına başlayıb. Bu barədə çərşənbə günü keçirilən brifinqdə müdafiə nazirinin müavini Batu Kuteliya məlumat verib.

O ölkənin hərbi infrastrukturuna vurulan zərərlə bağlı dəqiq məlumat verə bilməyib. "Rusiya hərbçiləri ilk növbədə Gürcüstanın hərbi obyektlərini məhv edirdilər və onların əksəriyyəti sonuncu mismaradək qarət edilib", - o qeyd edib.

"Vurulan zərərin dəqiq ölçüsü Rusiya əsgərləri bizim ölkəmizdən çıxdıqdan sonra hesablanacaq, - Kuteliya bildirib. Lakin yaxın vaxtlarda Qori və Senakidəki hərbi bazalar tam bərpa ediləcək. Oradakı hərbçilər artıq işə başlayıblar. Lakin radar-kommunikasiya təsərrüfatının bərpası çox vaxt tələb edir".

Kuteliya onu da bildirib ki, Hərbi infrastrukturun bərpasında Gürcüstana "ciddi yardım edəcəklər". O, həlak olanlar məsələsinə toxunaraq bəyan edib ki, tezliklə Müdafiə Nazirliyinin saytında həlak olanlar haqqında rəsmi məlumatlar dərc ediləcək.

Xəbər lenti

Xəbər lenti