...

Hədə-qorxu ilə tələb etmədə günahlandırılan Azərbaycan boksçusu azadlığa buraxılıb

Siyasət Materials 10 Sentyabr 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , S.Kazımlı/ Hədə-qorxu ilə tələb etmədə günahlandırılan boks üzrə Azərbaycan milli komandasının sabiq üzvü, Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərov məhkəmə zalından azad olunub.

Çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə Ələkbərovun əməli özbaşnalıq maddəsi (322.1) ilə tövsif olunub və həbsdə olduğu 3 ay 22 gün müddət cəza müddətinə hesablanıb.

"İnşaatçı E" MMC-nin təsisçisi Kənan Quliyevdən hədə qorxu ilə 10 min dollar pul tələb etməkdə ittiham olunan boksçu bu il mayın 16-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda əmlak əldə etmək məqsədi hədə-qorxu ilə tələb etmə (182.3.2-ci) maddəsi ilə cinayət işi açılıb.

Ələkbərov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Ələkbərov ifadəsində deyib ki, Quliyevə "Audi" və "Lexus" markalı maşın satıb.

Quliyevin boksçuya birinci avtomobildən 10 min, ikincisindən isə 32 min 500 dollar borcu qalıb.

Borcun yerinə Quliyev Ələkbərova 9 min dollarlıq "BMW" markalı maşın və 3500 manatlıq sement verib.

Ələkbərov Quliyevdən dəfələrlə borcunu qaytarmağı tələb edib.

Sonuncu dəfə "Qurd qapısı" restoranının yaxınlığında Quliyevlə görüşləri zamanı borcunu tələb etdikdə, Quliyev idarə etdiyi avtomobilin açarlarını Ələkbərova verib və deyib ki, borcuna qaytaranda avtomobili də geri qaytarar.

Ələkbərov bildirib ki, bu görüşdən sonra "Bosfor" kafesində olarkən polislər onları saxlayıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti