...

Azərbaycanda prezident seçkisində yeddi namizəd iştirak edəcək

Siyasət Materials 13 Sentyabr 2008 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr / Trend müxbir, C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəylinin prezidentliyə namizədliyi qeydə alınıb.

Beləliklə, prezidentliyə namizədlərin sayı yeddiyə çatıb.

MSK-nın bu günkü iclasında müstəqil namizəd Əli İsa Ağayevin namizədliyi qeydə alınmayıb. Ağayevin MSK-ya təqdim etdiyi 44 493 imzadan yalnız 32 764-ü etibarlı sayılıb. O, həmçinin əmlakı barədə düzgün məlumat təqdim etməyib.

Trend -un arayışı : Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Bu günə qədər hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri , hazırkı dövlət başçısı İlham Ə liyev, m üxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti