Türkiyənin dövlət naziri və hökumət sözçüsü Cəmil Çiçək hökumətin PKK-ya qarşı antiterror əməliyyatlarının müddətinin bir il uzadılması haqqında qərar verdiyini bildirib. Bu haqda Türkiyənin "Cihan" agentliyi məlumat verib. "Şimali İraqda PKK-ya qarşı antiterror əməliyyatlarının müddətinin uzadılması haqqında Nazirlər Kabinetinin müvafiq qərarı Türkiyə parlamentinin müzakirəsinə veriləcək", - deyə Çiçək qeyd edib.