...

Azərbaycanda seçkilər xalqın seçimindən asılı olacaq - rusiyalı politoloqlar

Siyasət Materials 9 Oktyabr 2008 15:41 (UTC +04:00)
Azərbaycanda seçkilər xalqın seçimindən asılı olacaq - rusiyalı politoloqlar

Rusiya, Moskva, 09 oktyabr / Trend , müxbir R.Ağayev/ Böyük layihələr haqqında düşünən və onları həyata keçirməyə hazır olan hakimiyyət ölkəni yenidən və yenidən idarə etməlidir, Bakı-Moskva videokörpüsü zamanı їMənaї adlı (Smısl) ictimai-siyasi jurnalın Baş redaktoru, Birinci kanalın aparıcısı Maksim Şevçenko cümə axşamı Moskvada bildirib.

їAzərbaycanda seçkilərdə çəkişmələrin olmaması barədə şikayətlənmək düzgün olmaz və yaxşı ki o yoxdur. Çəkişmələr heç də həmişə müsbət nəticə vermirї, - Şevçenko bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Prezident seçkilərində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri Iqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Şevçenkonun rəyinə görə, Azərbaycanda seçkilər Azərbaycan xalqının seçimindən asılı olacaq.

їAzərbaycan elitasının ölkənin inkişafına dair strateji planları var, həyati vacib olan Azərbaycan-Rusiya trassı bərpa edilirї, - o bildirib.

MDU nəzdində Sosial Araşdırmaar Mərkəzinin direktoru Sergey Vlasovun rəyinə görə, seçkilərdən sonra Azərbaycanın xarici siyasət vektoru əvvəlki kimi qalacaq. їBu, ABŞ və RF ilə ölçülmüş münasibətlər vektorudurї, - Vlasov hesab edir.

Onun rəyinə göröə, seçkilərdən sonra Azərbaycan regionda, Qafqazdakı çətin münasibətlərin tənizmlənməsində və Türkiyənin sonuncu təklifi üzrə moderator kimi daha fəal rol oynamağa başlayacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti