...

Ukrayna növbədənkənar parlament seçkisinin keçirilməsinə 497 mln. qriven ayırmağı planlaşdırır

Siyasət Materials 11 Oktyabr 2008 11:36 (UTC +04:00)

Ukrayna, Kiyev, 11 oktyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukraynada növbədənkənar parlament seçkisinin keçirilməsi üçün 497 mln. qrivenin (təqribən 100 mln. doll.) ayrılması nəzərdə tutulur.

Bu, oktyabrın 9 - da Ali Radada qeydə alınan "Ukraynanın 2008 - ci il dövlət büdcəsi və Ukraynanın bəzi qanunvericilk aktlarına dəyişikliklərin edilməsi barədə" qanun layihəsində nəzərdə tutulub. Bu sənədin müəllifi "Bizim Ukrayna" dan olan deputat Kseniya Lyapinadır.

"Göstərilən xərclərin Ukrayna ərazisinə idxal edilən mallardan ƏDV-nin daxil olması və dövlət büdcəsi gəlirlərinin plan göstəricisinin artırılması hesbına həyata keçirilməsi nəzərdə tutulub", - deyə qanun layihəsinə izahedici məktubda bildrilir.

Məlumata görə, oktyabrın 9 - da Ukrayna prezidentinin saytında "VI çağırış Ukrayna Ali Radasının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və növbədənkənar seçkinin təyin edilməsi barədə" 2008 - ci il 911 saylı fərman elan olunub. Ölkə parlamentində növbədənkənar seki 2008 - ci il dekabrın 7-nə təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti