Azərbaycan, Lənkəran, 15 oktyabr / Trend , müxbir P.Əliyeva/ Bu gün Azərbaycanda keçirilən prezident seçkisində ölkənin cənub bölgəsində - Lənkəran rayonunda saat 12.00-a qədər 112 min 598 seçicidən 32 min 947 nəfəri, yəni 29,3 faizi artıq səsvermədə iştirak edib.
Cənub bölgəsində 38 min 231 nəfər seçicisi olan Astara rayonunda 12 min 794 nəfər, yəni 33,4 faiz seçici saat 12.00-a qədər səsvermədə iştirak edib.
30 min 795 nəfər seçicisi olan Lerik rayonunda 10 min 583 nəfər - 34,4 faiz seçici səsvermədə iştirak edib.
34 min 896 nəfər seçicisi olan Yardımlı rayonunda 15 min 401 nəfər - 44,1 faiz seçici səsvermədə iştirak edib.