Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva / Naxçıvan şəhərində 4 saylı Dairə seçki komissiyasında prezident seçkisi üzrə seçicilərin yüksək fəallığı müşahidə olunur. Bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Mətbuat Mərkəzinin direktoru Ramin Hüseynov məlumat verib.
"Bu məntəqədə seçicilərin fəallığı 23,73 faiz təşkil edir", - deyə o bildirib.
Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası ölkə üzrə bütün seçicilərin 65 -70 faizinin iştirakına ümid edir.
"Əgər ümumilikdə seçicilərin 65-70 faizi seçkidə iştirak edərsə, biz bundan məmnun olarıq, çünki bu olduqca böyük rəqəmdir", - deyə çərşnbə günü jurnalistlərə MSK sədri Məzahir Pənahov bildirib.
Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend