...

NATO-nun baş katibi Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı rəyini açıqlayıb

Siyasət Materials 18 Oktyabr 2008 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr/ Trend , müxbir C.Babayeva/ "Azərbaycan NATO -nun çoxdankı və dəyərli tərəfdaşıdır və biz dialoq və əməli əməkdaşlığın, həmçinin, bizim islahatlara dəstəyimizin davam etdiriləcəyinə və möhhkəmlənəcəyinə ümid edirik", - deyə NATO Baş katibi Yap de Hoop Sxeffer Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı bəyanatında bildirib.

NATO, keçirilməsində tərəqqinin əks olunduğu Azərbaycan prezidenti seçkisinin yekunu üzrə ATƏT, AŞ və Avropa Parlamentindən olan beynəlxalq müşahidəçilərin hesabatlarını bəyənir. Sənəddə ölkədə keçirilən prezident seçkisi zamanı əhəmiyyətli tərəqqinin olduğu, lakin seçkinin ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam cavab vermədiyi qeyd olunub.

Eyni zamanda MDB, GUAM və bir sıra Avropa ölkələrinin missiya rəhbərləri ölkədə seçkinin demokratik keçdiyini və beynəlxalq qurumların tələblərinə cavab verdiyini bildiriblər.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Azərbaycanın hakim partiyasından olan namizəd,indiki prezident İlham Əliyev ilkin nəticələrə görə, seçici səslərinin böyük əksəriyyətini - 88,73 faizini toplayıb.

Dövlət başçısı postuna yeddi namizəd iddia edib. MSK-nın ilkin məlumatlarına görə, İqbal Ağazadə 2,86 faiz, Fazil Qəzənfəroğlu 2,47 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Hacıyev 0,65 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti