Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Yaxın vaxtlarda GUAM çərçivəsində siyasi qarşılıqlı əlaqələr və uzadılmış münaqişələrin nizamlanmasına dair məsələlərin müzakirə edilməsi planlaşdırılır.
Təşkilatın Baş katib Valeri Çeçelaşvilinin çərşənbə axşamı Kiyevdən telefonla Trend -a verdiyi məlumata görə, GUAM-a üzv dövlətlərin milli koordinatorlarının iclası noyabrın ortalarında keçiriləcək.
"Hazırda iclasın harada keçirilməsi ilə bağlı danışıqlar aparılır. İclas ya Tbilisidə, ya da Kiyevdə keçiriləcək", - deyə Çeçelaşvili bildirib.
GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.
Görüş zamanı bir sıra aktual məsələlər, o cümlədən və xüsusilə, uzadılmış münaqişələr sahəsində siyasi qarşılıqlı əlaqələrin, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.
Energetika, ərzaq təhlükəsizliyi, nəqliyyat, maliyyə, informasiya texnologiyalarının inkişafı sahələri üzrə məsələlərin də müzakirəsi nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend