Əfqanıstan, Kabil, 03 noyabr / Trend , müxbir A. Həkimi/ Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, noyabrın 2-də koalisiya qüvvələri və Əfqanıstan silahlı qüvvələrinin birgə keçirdikləri əməliyyat zamanı Xost vilayətində hakimiyyətə müxalif 17 nəfər öldürülüb.
Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, həlak olanlar Xost vilayətinin Nadşakut şəhərində Taliban rəhəbərlərindən olan Hafiz Nəsib Gülün evində toplaşaraq, bu vilayətdə sabitliyi pozmaq məqsədilə müxtəlif planlar hazırlayırlarmış.
Həlak olanların arasında 6 nəfər Pakistan vətəndaşıdır.
Məqalə müəllifi ilə əlaqə: [email protected]