...

Azərbaycan müxalifətinin birlikləri birincilik uğrunda mübarizə aparanda dağılır- müxalifətçi lider

Siyasət Materials 3 Noyabr 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir A.Hüseynbala / Azərbaycanın müxalif Milli Birlik Hərəkatının lideri hesab edir ki, müxalifətin birlikləri birincilik uğrunda mübarizə aparanda dağılır.

"Mən həmişə birlik olan yerdə birincilik uğrunda mübarizənin əleyhinə çıxmışam. Ona görə də, prezidentliyə müxalifətin vahid namizədi kimi irəli sürülməyimə özüm də razılaşmazdım", - bazar ertəsi Trend - a hərəkatın lideri Lalə Şövkət bildirib.

Trend - un arayışı: Müxalifətin Əməkdaşliq Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalari), Müsavat Partiaysı və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrin əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilən prezident seçkisini qanunsuz tanimaq barədə birgə bəyanat imzalayiblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri -legitim elan edilib.

Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlasa da, qarşılıqlı ittihamlar nəticəsində hələ ki müxalifətin geniş koalisiyasının yaranması baş tutmur. Lalə Şövkətin müxalifətin prezidentliyə vahid namizədi kimi irəli sürülməsi digər müxalifət liderləri tərəfindən birmənalı qarşıdanmayıb.

Şövkət deyib ki, Azərbaycan müxalifətinin əməkdaşlığının uzunmüddətli olması üçün müzakirələr aparılır.

"Biz Müxalifətin Əməkdaşlıq Mərkəzini yalnız prezident seçkisinə vahid münasibət üzərində qurmuşduq. İndi müxalifətin daha geniş və uzunmüddətli əməkdaşlığı ilə bağlı birliyin yaradılması ətrafında müzakirələr aparılır", - Lalə Şövkət əlavə edib.

Prezidentliyə ALP liderinin vahid namizədliyinin irəli sürülməsi məsələsinə Müsavat Partiyasının başqanı İsa Qəmbərin razılaşmamasına gəldikdə, Lalə Şövkət deyib ki, bu, tamamilə əsassız məlumatdır.

Hacıyeva lideri olduğu partiyanın daxil olduğu "Azadlıq" blokunun da fəaliyyətini davam etdirəcəyini deyib.

"Azadlıq" blokunun öz taktikası və strategiyası var. Bu, həm də daha dayanıqlı blokdur", - Lalə Şövkət bildirib.

Azərbaycanın müxalif Liberal Partiyası Lalə Şövkətin rəhbərliyi ilə 1995 - ci ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədri, eləcə də Milli Birlik Hərəkatının rəhbəridir.

Lalə Şövkət 1993 - cü ilin iyulundan 1994 - cü ilin yazınadək Dövlət Katibi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti