...

Gürcüstan noyabrın 18-də Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyə hazırdır – Xarici İşlər Nazirliyi

Siyasət Materials 4 Noyabr 2008 13:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan tərəfi noyabrın 18-də Cenevrədə keçirilməsi planlaşdırılan bütün tərəflər ilə razılaşdırılan format çərçivəsində danışıqların növbəti raundunda iştirak etməyə hazırdır.

"Son dövrlər Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Gürcüstan tərəfini oktyabrın 15-də keçirilən danışıqlarda guya iştirak etməməkdə və noyabrın 18-yə təyin olunan növbəti görüşdə də iştirak etmək niyyətində olmamaqda ittiham edib. Bu bəyanatlar tamamilə əsassızdır və Sovet təbliğatının daha bir nümunəsini özündə əks etdirir ki, bu da beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır", - deyə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Gürcüstan tərəfi hesab edir ki, təşkilatçılar danışıqların birinci raundu ilə bağlı təşkilati məsələlərin öhdənisindən yaxşı gəlib və Cenevrədəki danışıqların mövcud formatı ikinci və sonrakı raundların uğurlu keçməsi üçün lazimi şəraiti yaradır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti