Gürcüstan, Tbilisi, 14 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentində müxalifətçi deputatların sayı artıb. Parlamentin cümə günü keçirilən növbədənkənar iclasında Tbilisidə növbədənkənar seçkilərdə qələbə qazanan iki nəfərin səlahiyyətləri təsdiqlənib. Noyabrın 3 - də keçirilən növbədənkənar seçkilərdə Vaki rayonunda Xristian - Demokrat Hərəkatından olan Tamaz Kvaçantiradze, Didubada isə, Milli Demokrat Partiyasından olan Quram Çaxvadze qələbə qazanıb.
"Yeni sağlar"ın bu dairələrdə qalib gələn nümayəndələri David Qamkrelidze və David Saqanelidzenin mandatdan imtina etmələrindən sonra, növbədənkənar seçkilərin keçirilmə zərurəti yaranıb.
Növbədənkənar iclasda qaçqınlar və yerləşdirmə naziri təyin olunan Koba Subeliyaninin deputat səlahiyyətlərinə də xitam verilməsi nəzərdə tutulub.
Cümə günü Gürcüstanın qanunverici orqanı palamentdəki çoxluğun nümayəndəsi Arçila Qeqenavanı aqrar məsələlər üzrə komitəyə sədr seçib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]