...

Azərbaycan beynəlxalq təhlükəsizliyin bərqərar olmasına həmişə öz töhfəsini verməyə hazırdır – xarici işlər naziri

Siyasət Materials 18 Noyabr 2008 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycan sülh və beynəlxalq təhlükəsizliyin bərqərar olmasına həmişə öz töhfəsini verməyə hazırdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanı Dunkan Maknab ilə ilə görüşdə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycanın sülhməramlı kontingentinin Əfqanıstan və İraqda stabilliyin bərqərar olmasında iştirak etdiyini bildirib.

ABŞ generalı Azərbaycan kontingentinin İraq və Əfqanıstanda iştirakını yüksək qiymətləndirib və ölkələr arasında bu sahədə əməkdaşlıqdan məmnunluğunu bildirib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunan Məmmədyarov münaqişənin region üçün təhlükəli olduğunu qeyd edib.

Tərəflər ABŞ-dan Azərbaycana yüksək vəzifəli məmurların səfərlərinin intensivliyini müzakirə edib, hərbi sahədə ikitərəfli əlaqələrin inkişafının mühüm olduğunu vurğulayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti