Gürcüstan, Tbilisi, 21 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Şənbə günü ABŞ Hərbi Dəniz Qüvvələrinin Barry raket kreyseri Gürcüstanın Batumi limanına daxil olacaq. Batumi meriyasından bildiriblər ki, bu, Gürcüstana dost səfəridir.
Amerika gəmisi Poti limanına noyabrın 25-də çatacaq.
Səfər çərçivəsində, gəmi heyəti üçün müxtəlif mədəni tədbirlər və amerikalı dənizçilərin bu şəhərlərin sakinlərilə görüşləri keçiriləcək. Kreyser rəhbərliyi Batumi və Potinin hakimiyyət nümayəndələri və Gürcüstan sahil mühafizə xidmətinin rəhbərliyi ilə dəgörüşəcək.
İlkin məlumatlara görə, Barry Gürcüstandan sonra Türkiyənin, Bolqarıstanın və Rumıniyanın limanlarına dost səfərləri edəcək.
Müəlliflə əlaqə ünvanı: [email protected]