Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Əfqanıstan Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanuninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, AzərTac dövlət agentliyi məlumat yayıb.
Dövlət başçısı Azərbaycanla Əfqanıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
Məhəmməd Yunis Qanuni iki ölkə arasındakı dostluq əlaqələrindən məmnunluğunu söyləyib. O, Azərbaycanla münasibətlərin Əfqanıstanın xarici siyasətində əsas prioritetlərindən birini təşkil etdiyini bildirib. Məhəmməd Yunis Qanuni iki ölkə arasında əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı səfərlərin böyük əhəmiyyəti olduğunu vurğulayıb.