...

Bakıda pornoqrafik materiallar yayan şəxs tutulub

Siyasət Materials 2 Dekabr 2008 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir S.Kazımlı / Bakıda axtarışda olan şəxs tutulub. Tutulan şəxs pornoqrafik materiallar yaymaqda təqsirli bilinir. Bu barədə Əzizbəyov rayon Polis İdarəsindən (RPİ) çərşənbə günü Trend -a məlumat verilib.

Əzizbəyov RPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma (242-ci) maddəsi ilə barəsində axtarış elan olunan 1979-cı il təvəllüdlü Bakı sakini Mürvət Vasif oğlu Haqverdiyev bazar ertəsi tutularaq istintaqa təhvil verilib.

Rayon Polis İdarəsindən bildiriblər ki, Haqverdiyev pornoqrafik materialları yaydığı üçün onun barəsində cinayət işi başlanılaraq noyabrın 11-də barəsində axtarış elan olunub.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilın şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə həmin şəxs şərti maliyyə vahidi məbləğinin min mislindən üç min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti