Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir N.Abdullayeva/ Yaponiya hökuməti Azərbaycan bölgələrində sosial infrastrukturun bərpasına maliyyə yardımı göstərəcək.
Çərşənbə günü Bakıda Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" proqramı çərçivəsində layihələri həyata keçirəcək Azərbaycanın dörd qeyri - hökumət təşkilatı ilə (dörd layihə üzrə) müqavilə imzalanıb.
Sazişi Yaponiya hökuməti tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Masamitsu Oki imzalayıb.
Ağcabədi rayonunun Xusulu kəndində tibb məntəqəsi və Balakən rayonunun Talalar kəndində təcili yardım mərkəzinin tikinitsi, İsmayıllı rayonunun İvanovka kəndindəki xəstəxananın ginekoloji şöbəsinin yenidən qurulması, Gəncə şəhərində təcili tibbi yardım xəstəxanasının şöbəsinin təmiri layihələrə daxildir.
Dörd layihənin ümumi dəyəri 346,417 dollar təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend