...

Türkiyənin utanacağı keçmişi yoxdur – Türkiyə parlamentinin sədri

Siyasət Materials 19 Dekabr 2008 16:05 (UTC +04:00)
Türkiyənin utanacağı keçmişi yoxdur – Türkiyə parlamentinin sədri

Türkiyə parlamentinin sədri Köksal Toptan üzr istəyənləri kəskin tənqid edib. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

"Üzr istəyənlər Türkiyəni əvvəlcə olmayan bir şeyə görə günahlandırırlar, sonra da bu günaha görə üzr istəyirlər", - deyə Toptan bildirib.

Trend - un arayışı: Bir neçə gün əvvəl Türkiyədə yaradılmış bir internet saytında 1915 - ci ildə Osmanlı dövlətinin ermənilərə qarşı cinayətlər törətdiyi iddia edilərək, ermənilərdən üzr istəmə kampaniyası həyata keçirilir. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Ermənistan və dünyadakı erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı dövlətinin 1915 - ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirdiyini iddia edir. İddialarını dünyada da qəbul etdirmək istəyən ermənilər bir sıra dünya ölkələrində qondarma soyqırım təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentlərində "erməni soyqırımı"nın tanınmasına nail olublar.

1980 - ci illərdə ermənilər tərəfindən Türkiyənin 40 - dan artıq diplomatının öldürüldüyünü xatırladan Toptan "Bəs onların öldürülməsi üçün kim üzr istəyəcək?" - deyib.

Türkiyənin utancağı keçmişinin olmadığını bir daha vurğulayan Toptan bu məsələ ilə bağlı bütün tarixi sənədləri təqdim etməyə hazır olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti