...

Ali Radada "Ukrayna naminə!" deputat qrupu yaradılıb

Siyasət Materials 24 Dekabr 2008 17:51 (UTC +04:00)

Ukrayna, Kiyev, 24 dekabr/ Trend , müxbir Z.Novsvitski/ Ali Radada "Ukrayna naminə!" deputat qrupu yaradılıb. Bu barədə xalq depupatı, "Bizim Ukrayna - Xalq Özünümüdafiə" (BU-XÖ) fraksiyasının keçmiş rəhbəri Vyaçeslav Kirilenko çərşənbə günü parlamentin iclasında bildirib.

Kirilenko bu fransiyanın rəhbəri vəzifəsindən Yuliya Timoşenko Bloku, Litvin Bloku və "BU-XÖ" arasında koalisiyanın yaradılmasından sonra istefa verib.

"Biz fraksiya və koalisiya nümayəndələri kimi deyil, hazırkı antiukrayna parlamentində Ukrayna maraqlarının müdafiəsində bizə etibar edən xalqın nümayəndələri kimi fəaliyyət göstərəcəyik", - deyə Kirilenko bildirib.

"Ukrayna naminə!" deputat qrupunun tərkibinə 17 xalq nümayəndəsi daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti