...

Azərbaycan paytaxtında istehsal müddəti başa çatmış Rusiya məhsulları aşkarlanıb

Siyasət Materials 9 Yanvar 2009 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında cümə axşamı istıfadə müddəti başa çatmış məhsulların satışının qarşısı alınıb, cümə günü Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdkləri əməliyyat tədbirləri nətcəsində Bakı şəhər sakini Camal Abdullayev müddəti bitmiş 1498 ədəd Gürcüstanda istehsal olunan limonadı və Rusiya Federasiyasında istehsal olunan 84 ədəd biskviti satarkən saxlanılıb.

Məlumata görə, Binəqədi rayonu ərazisində Abdullayevə məxsus "Zolotoy" MMC-nin anbarına baxış zamanı 8858 ədəd müxtəlif çeşidli ərzaq məhsulları aşkar edlib.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti