...

Rusiya hərbçiləri "İnquri" SES-də işləyən gürcü energetiklərini girov götürüblər - deputat

Siyasət Materials 23 Yanvar 2009 16:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ "İnquri" SES-in idarəetmə pultunun yerləşdiyi Saberio kəndi işğal zonasının daxilində bağlanılıb, - Gürcüstan parlamentinin deputatı Paata Davitaya cümə günü brifinqdə bildirib.

Bundan başqa, Abxaziyada filtrasiya zonaları yaradılır və gürcü əhalisi Abxaziyanın müstəqilliyinin tanınmasına və vətəndaşlıq pasportlarının alınmasına məcbur edilir.

Davitayanın sözlərinə görə, Baqapşın [tanınmamış Abxaziya Respublikasının prezidenti] Qaliyə dünənki səfəri Rusiyanın idarə etdiyi bu böyük oyunun bir hissəsisdir. Onun məqsədi Saberionu, yəni "İnquri" SES-in idarəetmə pultunun yerləşdiyi nöqtəni bağlamaq, eləcə də Abxaziya əhalisinin Gürcüstandan ayrılmasıdır.

Saberioda yeni blok-postun qurulması nəticəsində gürcü energetiklər girovda qalıblar, - parlamentari bildirib.

Brifinqdə Davitaya Şambanın [tanınmamış Abxaziya Respublikasının xarici işlər naziri] gürcü tərəfi ilə "İnquri" SES-ə dair danışıqlar aparmağa hazırlığı barədə bəyanata da toxunub və qeyd edib ki, bu, Rusiya oyununun bir hissəsidir. Məqsəd Abxaziyanı tərəf kimi təsbit etməkdir.

"Bizim üçün xoşagəlməz nəticələrlə üzləşməmək üçün beynəlxalq təşkilatlar qarşısında bütün səviyyələrdə bu məsələlər vurğulanmalıdır", - Davitaya əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti