...

Azərbaycanın prezidenti Albaniya Nazirlər Şurasının sədri ilə görüşüb

Siyasət Materials 29 Yanvar 2009 23:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend / Azərbaycanın prezidenti İlham Əliyev 29 yanvar Davosda "Konqress" mehmanxanasında Albaniya Nazirlər Şurasının sədri Sali Berişa ilə görüşüb.

AzərTAc-ın yaydığı xəbərə görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyi, iqtisadi sahədə əməkdaşlığın yaxşı potensialının olduğu vurğulandı. Söhbət zamanı həmçinin bu sahədə işlərin həyata keçirilməsi və əlaqələrin genişləndirilməsi üçün imkanların araşdırılmasının zəruriliyi bildirildi.

Xəbər lenti

Xəbər lenti