...

Azərbaycanda axtarışda olan əsgər Ukraynada tutulub

Siyasət Materials 31 Yanvar 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar / Trend , müxbir S. Kazımlı / Azərbaycanda axtarışda olan əsgər Urkaynada tutulub. Tutulan şəxs xidmət etdiyi hərbi hissədə xuliqanlıq edərək əsgərləri döyməkdə təqsirli bilinir, - şənbə günü Trend -a Qaradağ rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

RPİ-dən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, barəsində Azərbaycan Cinayət Məcəlləsinin hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə (331-ci) maddəsi ilə axtarış elan olunan 22 yaşlı Roman Sevastyanov yanvarın 29-da Ukraynada tutulub.       Bu əməliyyatda Ukrayna hüquq-  mühafizə orqanlarının əməkdaşları da iştirak edib. Sevastyanov xidmət etdiyi "N" saylı hərbi hissədə nizamnamədən kənar hərəkətlər edərək, oradan qaçdığı üçün, 2007-ci ildə onun barəsində axtarış elan edilib. Hazırda Sevastyanov ekstradisiyası tədbirləri həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti