Türkiyə, Ankara, 06 fevral /Тrend News, müxbir Ə.Ələskərov/
"Bu gündən etibarən Türkiyə ətraf mühitin mühafizəsi, xüsusilə də qlobal istiləşmə ilə mübarizə üzrə bir sıra tədbirləri ehtiva edən Kioto protokolunun iştirakçısıdır. Türkiyə Böyük Millət Məclisi müvafiq qanunvericiliyi təsdiq edib. Onun qəbul edilməsinin lehinə 243 deputat, əleyhinə 3 deputat səs verib. Daha altı deputat bitərəf qalıb", - "Star" qəzeti xəbər verir.