...

Türkmənistan parlamenti tam şəkildə formalaşdırılıb

Siyasət Materials 10 Fevral 2009 14:26 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 10 fevral / Trend , müxbir E.Həsənov/ Bu gün yerli Türkmənistan KİV-ləri Marıy əyaləti dairələrinin birində təkrar seçkilərdə ən çox səs toplayaraq Məclisə (parlament) seçilmiş son deputatın adını açıqlayıb. Bununla da hazırkı parlament tam heyətlə formalaşıb.

"101 saylı seçki komissiyasında qalib adını Tahir Atambayev qazanıb. Onun 40 yaşı var, milliyyətcə özbəkdir, Bayraməli şəhərində ingilis dili müəllimidir. O, seçicilərin 71,29 faiz səsini toplayıb", - Mərkəzi Seçki Komissiyası xəbər verir.

Seçki günü dairə seçki komissiyasında qeydiyyatdan keçən seçicilərin 90,63 faizi səsvermədə iştirak edib.

Monitorinqi yerli müşahidəçilər həyata keçiriblər.

Təkrar seçkilər keçirmək məcburiyyəti bu dairədə 14 dekabr 2008-ci ildə keçirilən birinci turda qalib gələn şəxsin ailə vəziyyəti səbəbindən namizədliyini geri götürməsindən sonra yaranıb. Deputat mandatı urğunda Atambayev və hospitalda şöbə rəisi çalışan K.Berdıyev mübarizə aparıb.

Birinci turda 287 namizəddən 125 yerə 123 deputat seçilib. Təkrar seçkilər dekabrın 28-də keçirilib. Lebap əyaləti dairələrinin birində namizədliyini verən şəxslər lazımi səs sayını toplaya bilməyiblər.

Deputatların əksəriyyəti prezidentin başçılıq etdiyi, ölkənin yeganə siyasi gücü olan Demokrat Partiyasının üzvləridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti