...

Erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilk növbədə Ermənistan iqtisadiyyatına sərfəlidir - Azərbaycan XİN-in rəhbəri

Siyasət Materials 28 Fevral 2009 09:05 (UTC +04:00)
Erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilk növbədə Ermənistan iqtisadiyyatına sərfəlidir - Azərbaycan XİN-in rəhbəri

Ukrayna, Kiyev, 27 fevral / Trend , müxbir Z.Novsvitski /

"Erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilk növbədə Ermənistan iqtisadiyyatına sərfəlidir",  - Trend -a Kiyevdə, Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov deyib.

"Formul çox sadədir - qoşunları çıxardın və bütün kommunikasiyalar açılacaq. O zaman baxın görün, təbii ki,  nəinki Azərbaycan, həmçinin Ermənistan üçün də hansı imkanlar yaranacaq", - Məmmədyarov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Lakin onun fikrincə, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması Ermənistan üçün daha sərfəlidir, çünki "Azərbaycan üçün kommunikasiyalar onsuz da açıqdır".

"Mən hesab edirəm ki, Ermənistana onu başa salmaqda və sübut etməkdə davam etməliyik ki, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması kontekstində münaqişənin həllini hətta yerindən tərpətsək belə, səmərəni ilk növbədə Ermənistan iqtisadiyyatı görəcək", - Məmmədyarov qeyd edib.
Onun sözlərinə görə, burada Ermənistan üçün siyasi dividendlər məsələsi durur və regiondakı durum münaqişədən əməkdaşlığa dəyişə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti