...

Gürcüstan prezidenti əhalini və siyasətçiləri ölkədəki sabitliyi qorumağa çağırdı

Siyasət Materials 3 Mart 2009 23:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 3 mart / Trend , müxbir N. Kirtsxalia/ Gürcüstan prezidenti Mixayil Saakaşvili Gürcüstan əhalisini sakitliyə və sabitliyə səsləyib.
"Bu ölüm-dirim məsələsidir. Belə ki, ümumdünya maliyyə böhranı şəraitində cəmiyyətdəki hər bis sarsılma dövlətimiz üçün ölümcül ola bilər", - Tbilisidəki vaqon təmiri zavodunun işçiləri ilə görüşdə prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, siyasətçilərin pulu çoxdur və çox təəssüf ki, bu vəsaitlər yaxşı işlərə xərclənmir. Onun sözlərinə görə, "onlarda pulun olması artıq ayrı məsələdir".
Saakaşvili siyasətçiləri "məmur kürsü və yaxud bu kürsüyə necə yiyələnmək barədə az fikirləşməyə çağırıb". "Biz sizin (yəni əhalinin) dolu olmalı soyuducularınız barədə fikirləşməliyik"- deyə prezident qeyd edib.
 "Bizə sakitlik, sabitlik lazımdır ki, ölkəmizə sərmaye qoysunlar. Belə şəraitdə biz bir yerdə olmalıyıq, bir-birimizə kömək etməlıyik, ölkəni bir yerdə xilas etməyə çalışmalıyıq".
 "Biz sarsıntılara yol versək iqtisadiyyatımızın çox kiçik gəmisini su üzərində saxlaya bilmərik", - deyə Saakaşvili bildirib. O qeyd edib ki, "dövlət heç kimin ölkəni sarsıtmasına imkan verməmək  üçün əlindən gələni edəcək" 
Prezident Tbilisi metropolitenini bərpa etdikləri üçün işçiləri tərifləyib. "İndi əhali böyük məmnunluqla bu metrodan istifadə edir və bu sizin sayənizdə mümkün olub", - Gürcüstan dövlət başçısı qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti