...

Azərbaycan səfiri Tbilisi Dövlət Universitetində mühazirə oxuyacaq

Siyasət Materials 12 Mart 2009 18:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, martın 12 / Trend , müxbir, N.Kirtsxaliya /

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbüsü ilə martın 13-də İ.Qavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referenduma həsr olunmuş elmi seminar keçiriləcək.

TDU-nun Hüquq fakültəsinin professor-müəllim heyətinin və tələbə heyətinin iştirak edəcəyi seminarda Azərbaycanın Gürcüstandakı Səlahiyyətli və Fövqəladə Səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev mühazirə oxuyacaq.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti