...

Rusiya Prezidenti RF-nin Azərbaycandakı yeni səfirinə işlərində müvəffəqiyyət arzulayıb

Siyasət Materials 17 Mart 2009 16:29 (UTC +04:00)

Rusiya Prezidenti Dmitri Medvedyev Rusiyanın Azərbaycandakı yeni səfirinə işlərində müvəffəqiyyət arzulayıb. Bu barədə RİA Novosti-dən bildirilib.

Diplomatı çərşənbə axşamı RF-nin xarici işlər naziri Sergey Lavrov təqdim edib.
Medvedyevin əmrinə əsasən, RF-nin Azərbaycandakı səfiri vəzifəsinə Vladimir Doroxin təyin olunub.

Eyni zamanda RF-nin Tacikistandakı səfirliyinə də yeni səfir təyin olunub.

"Həmkarlar, siz Azərbaycan və Tacikistana səfir təyin olunmuşsunuz. Hər iki respublika ölkəmizin yaxın tərəfdaşıdır, bizim onlarla xüsusi münasibətlərimiz mövcuddur", - deyə Kremldə diplomatlarla görüşündə Medvedyev bildirib.

"Ümid edirəm ki, sizin işiniz əməkdaşlığımızın möhkəmləndirilməsinə, iqtisadi, siyasi və humanitar istiqamətlərdə onun inkişafına xidmət edəcək", - deyə dövlət başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti