...

Müxalifət mitinqi Mixail Saakaşvilini istefaya çağırıb və ona 24 saat vaxt verib

Siyasət Materials 9 Aprel 2009 18:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan ictimaiyyətinin müraciəti bu gün müxalifətin mitinqində onun aparıcısı, şair David Maqradze tərəfindən oxunub.  

"Hökumətin aksiyanın qarşısını almaq cəhdlərinə baxmayaraq, on minlərlə insan meydana toplaşaraq prezidentin istefasını tələb edib. Bütün Gürcüstan buradadır. İnsanlar bura terror, pərakəndəlik, seçkilərin saxtalaşdırılması, azadlığın boğulmasına "yox" demək üçün gəlib", - müraciətdə deyilir.

Orada qeyd olunub ki, xalq Saakaşvilini "öz şəxsi maraqlarını bir kənara qoyaraq istefaya getməyə" çağırır.

Maqradze bildirib ki, müraciətin nəticələri 24 saatdan sonra məlum olacaq və bundan sonra müxalifətin sonrakı planları barədə məlumat veriləcək.

Parlament binasının qarşısında duran təxminən 30 min nəfər əllərini qaldırmaqla müaricətin lehinə səs verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti