...

İran Prezidenti İsveçrəyə səfər edəcək

Siyasət Materials 13 Aprel 2009 18:31 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad Cenevrədə (İsveçrə) gələn həftə keçiriləcək "Durban-2" "antiirqçilik" konfransında iştirak edəcək.

"İran Prezidenti Cenevrədə gələn həftə keçiriləcək "Durban-2" "antiirqçilik" konfransında iştirak edəcək", - İran XİN başçısı Mənüçöhr Mottaki İran televiziyasına eksklüziv müsahibəsində deyib.

"Durban-2" konfransı aprelin 20-də Cenevrədə BMT-nin himayəsi altında keçiriləcək. İranın qeyri-hökumət və antiirqçi təşkilatları konfransda iştirak edəcək. İRAN prezidentinin konfransda iştirakdan əlavə proqramı da var, amma onun detalları barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti