...

Gürcüstanın Baş naziri sabah Türkmənistana səfər edəcək

Siyasət Materials 21 Aprel 2009 20:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Baş naziri Nika Qilauri sabah Türkmənistana işgüzar səfər edəcək. Bu barədə Gürcüstan Hökuməti Aparatından bildiriblər.

Qilauri Türkmənistan rəhbərliyi ilə görüşlər keçirəcək və enerji layihələrinin reallaşdırılmasını müzakirə edəcək. Müzakirə ediləcək məsələlərin tərkibində Asiya qazının Avropaya nəqlini nəzərdə tutan "Nabukko" layihəsi də var.

Gürcüstan "Ağ axın" qaz kəmərinin qazla doldurulması məsələsini də Türkmənistan tərəfi ilə müzakirə edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti