Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Dövlət Neft Akademiyasında başverən və günahsız insanların ölümü ilə nəticələnən faciə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı teleqramı ünvanlayıb. Məlumatı AzTv telekanalı yayıb.
Ərdoğan faciə qurbanlarının ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Türkiyənin Baş naziri faciə nəticəsində xəsarət alanların tezliklə sağalmasını diləyib.