...

Gürcüstan Müdafiə Nazirliyinin sabiq yüksək vəzifəli məmurları Gürcüstanda dövlət çevrilişi hazırlayıblar - DİN

Siyasət Materials 5 May 2009 14:22 (UTC +04:00)
Gürcüstan Müdafiə Nazirliyinin sabiq yüksək vəzifəli məmurları Gürcüstanda dövlət çevrilişi hazırlayıblar - DİN

Gürcüstan, Tbilisi, 05 may / Trend , müxbir N.Kirtsxaliya /

"Sabiq yüksək vəzifəli məmurlar Gürcüstanda, xüsusilə də Muxrovani tank hərbi hissəsində dövlət çevrilişi hazırlayıblar", - bu gün brifinqdə Gürcüstan DİN-in Analiz və İnformasiya Departamentinin başçısı Şota Utiaşvili deyib.

Onun sözlərinə görə, əməliyyat məlumatlarından görünür ki, çevriliş təşkilatçılarının Rusiya ilə əlaqələri olub və "NATO-nun hərbi təlimlərinin pozmaq niyyətində olublar".

Utiaşvili 90-cı illərdə "Delta" xüsusi təyinatlı dəstəsinin sabiq başçısı (o zamanlar Dövlət Təhlükəsizliyi naziri İnterpol tərəfindən axtarılan və hazırda Rusiyada olan İqor Qiorqadze idi) Qiya Qvaladzeni çevrilişin təşkilatçısı adlandırıb.

DİN Qvaladzenin danışıqlarının operativ kadrlarını təqdim edib. Orada o, öz silahdaşlarına çevrilişin hazırlanması haqda danışıb. "Ruslar bizim köməyimizə gələcək - cəmi 5 min nəfər. Onlar hökumətin lidelərindən Vano Merabişvili, Qiqa Bokeriya, Levan Ramişvili, Qiqi Uqulava və daha bir neçə nəfəri aradan götürəcəklər", - kadrlarda Qvaladze deyir.

O qeyd edib ki, uğur halında Gürcüstan yenidən Rusiya ilə birləşəcək. "Bundan sonra Aslan Abaşidze, Levan Mamaladze, Levan Pirveli qayıdacaq", - o deyib və çevrilişdən sonra seçkilərin keçiriləcəyini vurğulayıb. Qvaladze çevrilişin keçiriləcəyi günü də dilə gətirir: cümə axşamı.

O qeyd edir ki, onların tərəfindən SQ-in fəaliyyətdə olan hissələri var. 

Utiaşvilinin dediyinə görə, hazırda dövlət çevrilişinin daha bir rəhbəri Otaradze axtarışdadır. O, fakt üzrə cinayət işi qaldırıldığını və təhqiqat aparıldığını qeyd edib.

Müdafiə naziri David Sixarulidze bu gün səhər tank batalyonunun hissəslərindən birində itaətsizlik var. "Bu çevrilişlə bağlıdır və bu hərbi hissədə hərbçilərin itaətsizliyi davam edir. Onlarla danışıqlar aparılır, yerində hərbçilərin fəaliyyətinə nəzarət edəcək qərargah yaradılıb. Biz komandirləri uzaqlaşdırmışıq və əsgərlərə onların əmrlərinə riayət etməmək tapşırığı vermişik", - nazir deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti