...

Azərbaycan vasitəsilə Avropaya çıxmaq istəyən müsəlman ölkələrinin sayı artır – deputat

Siyasət Materials 6 May 2009 12:27 (UTC +04:00)
Azərbaycan vasitəsilə Avropaya çıxmaq istəyən müsəlman ölkələrinin sayı artır – deputat

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir C.Babayeva /

Azərbaycan vasitəsilə Avropaya çıxmaq istəyən müsəlman ölkələrinin sayı artır. Bu barədə çərşənbə günü "İrəli" İctimai Birliyi tərəfindən təşkil olunmuş "Yaz müzakirələri" zamanı Milli Məclisin (Parlament) deputatı Aydın Mirzəzadə bildirib. Müzakirələr Avropa Günü - 5 may tarixinə həsr olunub.  

Mirzəzadə bildirib ki, Azərbaycan Avropa üçün şərq ölkəsidir.

"Azərbaycan Avropa və Asiyanın dəyərlərini özündə birləşdirir, ölkənin inkişafı Avropa dəyərlərinə əsaslanır. Azərbaycan təkcə coğrafi cəhətdən deyil, həm də Avropa dəyərlərinin təkmilləşdirilməsi nəzərə alınmaqla, Avropa ölkəsidir", - deyə azərbaycanlı deputat bildirib.

Mirzəzadə hesab edir ki, Azərbaycanın inkişafı Avropa dəyərləri əsasında qurulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti